Memarlıq elektrostatik toz boyaları

Memarlıq elektrostatik toz boyaları

Üstün davamlılıq, memarlıq layihələri üçün məhdudiyyətsiz rəng seçimləri.

MEMARLIQ
ELEKTROSTATİK
TOZ BOYALARI

Geniş rəng çeşidinə malik elektrostatik toz boyalarımız memarlara və dizaynerlərə müxtəlif layihələr üçün uyğun seçim imkanları yaradır. Məhsullarımız alüminium və metal səthlərdə tətbiq üçün nəzərdə tutulub.

DİZAYN VƏ İSTİFADƏ SAHƏLƏRİ

Memarlıq layihələrində estetik görünüş və funksionallığın vəhdəti mühüm əhəmiyyət daşıyır. Alüminium və metal səthlər üçün nəzərdə tutulmuş elektrostatik toz boyalarımız müasir memarlığın tələblərinə cavab verərək uzunömürlü, estetik və etibarlı örtük həlləri təqdim edir.

Geniş rəng palitrası və müxtəlif səth teksturaları hər bir layihənin fərdi dizaynına uyğun seçim imkanı yaradır. Memarlıq konsepsiyasına əsasən rəng çalarlarının və səth effektlərinin seçilməsi həm eksteryer, həm də interyer məkanlarda yaradıcı ideyaların həyata keçirilməsinə şərait yaradır. Məhsullarımız yaşayış kompleksləri, ofis və ticarət mərkəzləri, sənaye obyektləri və digər müasir tikililərdə geniş tətbiq imkanlarına malikdir.

Xarici mühit üçün nəzərdə tutulmuş örtüklər günəş şüaları, yağış, rütubət və temperatur dəyişiklikləri kimi hava amillərinə qarşı yüksək dayanıqlılıq nümayiş etdirir. Bu xüsusiyyətlər onların bina fasadlarında, pəncərə profillərində, balkon məhəccərlərində, dekorativ panellərdə, giriş qapılarında və metal konstruksiyalarda istifadəsini əlverişli edir. Eyni zamanda, estetik görünüşü və səth keyfiyyətini qorumaq tələb olunan daxili məkanlar üçün də uyğun həllər təqdim edir.

Əsas tətbiq sahələri: Günəş şüalarına (UV) və xarici hava şəraitinə məruz qalan alüminium profillər, pəncərə çərçivələri, fasad sistemləri, metal darvazalar, çəpərlər, məhəccərlər, dam örtükləri və panellər.